"Məhkəmə-hüquq sahəsində islahatlar uğurla davam edir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, məhkəmələrə əlçatanlıq təmin olunub, müraciətlərə çevik reaksiya verilir.
Deputat gənc hakimlərin irəli çəkilməsini yüksək qiymətləndirib. O, xüsusilə İnam Kərimovun Məhkəmə-Hüquq Şurasının sədri seçildikdən sonra bu məsələyə önəm verildiyini söyləyib: "Gənc hakimlərin gələcəkdə təcrübəli hakim kimi yetişməsi vacibdir. Yaxşı hakimin yetişməsi üçün isə zaman lazımdır".
V.İskəndərov, həmçinin hakimlərin sayının artırılmasına ehtiyac olduğunu deyib: "Hakimlərin iş yükü məsələsi hələ də aktualdır. İş yükü çoxdur. Bu da digər problemlərin yaranmasına öz təsirin göstərir".
Şəbnəm Mehdizadə
