Məzmuna keç

Bakı metrosunda nasazlığa görə sərnişinlər “28 May”da təcili düşürülüb

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.

E-huquq.az xəbər verir ki, bununla bağlı məlumatı “Bakı Metropoliteni” QSC yayıb.

Məlumata görə, qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib.

Qeyd edilib ki, yaranmış problem qısa müddətdə aradan qaldırılıb.