Məzmuna keç

Braziliyada sel və daşqınlar zamanı 29 nəfər ölüb

Braziliyada güclü yağışların səbəb olduğu daşqınlar zamanı 29 nəfər ölüb, 60 nəfər isə itkin düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində bir neçə gündür yağan yağışlar 154 qəsəbəyə ciddi ziyan vurub.

Rio Grande do Sul qubernatoru Eduardo Leite mətbuat ölənlərin sayının arta biləcəyini istisna etməyib.

Leite axtarış-xilasetmə işlərinin qurudan, dənizdən və havadan davam etdiyini bildirib.

O, faciənin böyüklüyünə görə ölkədə 180 gün ərzində “fövqəladə vəziyyət” elan olunduğunu söyləyib.

Təbii fəlakət zamanı Antaş çayı üzərində qurulan bəndinin güclü axına tab gətirə bilməyərək çökməsi nəticəsində ətraf qəsəbələr su altında qalıb.

Bölgəyə səfər edən prezident Luiz İnaiko Lula da Silva daşqın baş verən ərazilərə Hərbi Hava Qüvvələrinə məxsus 8 təyyarə və 600 hərbçi göndərib.

Şəbnəm Mehdizadə