Bu gün Bakıda baş tutan UEFA Avropa Liqasının final oyunu keçirilib.
E-huquq.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 2018-2019 mövsümünün son görüşündə iki ingilis klubu – "Çelsi" ilə "Arsenal" qarşılaşıb.
Bakı Olimpiya Stadionunda keçirilən oyunda "Çelsi" rəqibini məğlub edib – 4:1.
Avropa Liqası Final
29 may
"Çelsi" (İngiltərə) – "Arsenal (İngiltərə) – 4:1
Qollar: Oliviye Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Eden Hazard, 65-pen. (3:0), Ayvobi, 69 (3:1), Eden Hazard, 72 (4:1)
Baş hakim: Canluka Rokki (İtaliya) Bakı Olimpiya Stadionu
