Məzmuna keç

Tramp ABŞ Konqresinə seçkilərdə iştirak etdi

ABŞ prezidenti Donald Tramp oktyabrın 24-də Floridada Konqresə aralıq seçkilərində vaxtından əvvəl səs verdiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, o, seçki məntəqəsinə həyat yoldaşı Melaniya Trampla gəlib.

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçicilər əvvəlcədən həm şəxsən, həm də poçt vasitəsilə səs verə bilərlər.

Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək.

Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.