Məzmuna keç

“Azəriqaz” rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

"Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək.

Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, 17 may saat 11:00-da Horadiz şəhəri, Heydər Əliyev prospekti, Muğam Mərkəzində Füzuli, Beyləqan, Xocavənd rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

"Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır", – deyə məlumatda qeyd olunub.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional qaz istismarı İdarəsinə (tel: 026-315-57-66; 050-845-74-17) müraciət edə bilərlər.