Bakıda metroda oğurluq etməkdə təqsirləndirilən Heybət Yarəlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Heybət Yarəlizadə metro stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli təqsirləndirilir. Ona qarşı Ci nayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
