Kürdəmirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nuray Kırcının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib.
Hakim Rahid Mehdiyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Nuray Kırcı idarə etdiyi “KİA OPTİMA” markalı avtomaşınla İmişli istiqamətində hərəkətdə olarkən “MİTSUBİHSİ” markalı avtomobilə minmək istəyən Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Natavan Eldar qızı Abdullayevanı vurub. Ağır xəsarətlər alan zərərçəkən hadisə yerində həyatını itirib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
