Məzmuna keç

“Ən savadlı gənclər məhz informasiya təhlükəsizliyi ixtisasını seçir” –

"Düşünürəm ki, informasiya təhlükəsizliyi deyiləndə əsas diqqətimiz kadr potensialına yönəlməlidir".

E-huquq.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Bakıda keçirilən "III Milli Kibertəhlükəsizlik Forumu"nda deyib.

"Kadr hazırlığını isə universitetlər təmin edir. Biz Bakı Ali Neft Məktəbi olaraq informasiya təhlükəsizliyi sahəsində ilk ixtisası yaratdıq. Bu ixtisas yarandıqdan sonra hər kəs informasiya təhlükəsizliyi ixtisasının nə dərəcədə zəruri bi ixtisas olduğunu gördü. Bu gün ölkəmizdə ən nüfuzlu ixtisaslar informasiya təhlükəsizliyi sahəsi üzrədir. Bu sahə üzrə tələbələrin qəbul balı ortalama 673 bal olub. Ən savadlı gənclər məhz bu ixtisası seçir. Yəni potensialımız kifayət qədər yüksəkdir. Biz həmin tələbələri yüksək səviyyədə hazırlayaraq əmək bazarına buraxırıq", – deyə rektor qeyd edib.

Şəbnəm Mehdizadə