Fransa hökuməti iğtişaşlar zamanı polisə qarşı tez-tez istifadə olunan pirotexniki vasitələrin satışını müvəqqəti olaraq qadağan edib.
E-huquq.az xəbər verir ki, müvafiq qərar Fransa Respublikasının Rəsmi Bülletenində dərc olunub.
“Sənəddə qeyd olunur ki, noyabrın 27-si də daxil olmaqla, həmin tarixədək ölkənin bütün ərazisində müəyyən növ pirotexniki vasitələrin və atəşfəşanlıq məmulatlarının satışı və istifadəsi qadağan edilir.
Qadağan olunan vasitələr sırasına fişənglər, atəşfəşanlıq raketləri, pirotexniki batareyalar, Roma şamları və minaatan tipli pirotexniki yüklər daxildir.
Fransa hökumətindəki mənbənin “Le Parisien” qəzetinə verdiyi şərhdə bildirilir ki, “bu vasitələr artıq bayramlarda istifadə olunmur, onlar insanlara xəsarət yetirmək üçün tətbiq edilir.
