Bakıda qadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəşad Əsədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Rəşad Əsədzadə paytaxtın Səbail rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
