Məzmuna keç

Ödənişli təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarında pulsuz oxuyacaq

Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar.

Bu barədə e-huquq.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2. İbtidai sinif müəllimliyi

3. Riyaziyyat müəllimliyi

4. Xarici dil müəllimliyi (ingilis dili)

5. Hüquqşünaslıq

6. Beynəlxalq münasibətlər

7. Maliyyə

8. Mühasibat