Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Məsumə Qədiməliyevanın barəsindəki hökmdən verilən apellyasiya protestinə baxılıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Elşad İsayev məlumat verib.
Onun sözlərinə görə, hakim Elman Rəhimov sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin olunmayıb, M.Qədiməliyeva barəsindəki bəraət hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, 65 yaşlı Məsumə Qədiməliyeva torpaq mübahisəsi zəmnində adam döyməktə təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. Cari ilin mart aynda Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə M.Qədiməliyevaya bəraət verilib.
Şəbnəm Mehdizadə
