Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücünün istintaqı başa çatdı

Gəncədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Murad Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Hakim Asif Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb. 1994-cü il təvəllüdlü Murad Bayramov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən 1960-cı il təvəllüdlü piyada Çiçək Surayyanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sürücüyə qraşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə