Məzmuna keç

Gəncədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Gəncədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Sərxan Tağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Sərxan Tağızadənin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü 2006-cı il təvəllüdlü Nicat Sadıqov aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə