"Dokta" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1-cü (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Protokola hakim Asif Əliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Dokta" yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
