"Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialına cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Goranboy Rayon Məhkəməsində hakim Taleh Mustafayevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, şirkət min beş yüz manat məbləğində cərimə ediləcək.
Şəbnəm Mehdizadə
