Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Polad Cahangirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Polad Cahangirov Bakıxanov qəsəbəsində idarə etdiyi "Toyota Prius" markalı avtomobillə piyada, 1995-ci il təvəllüdlü Sadiq Məmmədovu vurub. O, Sabunçu Klinik Mərkəzinə çatdırılsa da, az sonra ölüb.Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
