Məzmuna keç

“Azəristiliktəchizat” tenderinin qalibini açıqladı

"Azəristiliktəchizat" ASC-nin istilik şəbəkələrində qəza təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbə r verir ki, tenderin qalibi "Proqress İnşaat EN" MMC olub.

Məlumata görə, qalib şirkətə 250.160 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə