Tərtərdə qəsdən adam öldürməkdə təqsirləndirilən Muradxan Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzr toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Muradxan Hüseynov rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı 1971-ci il təvəllüdlü Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək onu qəsdən öldürməkdə təqsirləndirilir. Muradxan Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
