Məzmuna keç

Paytaxtda quldurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayır

Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Məmixan Məmmədov, Sadiq Əzizov, Sultanə Həsrətova paytaxtın Nizami rayonu ərazisində bir nəfərin 1100 manat pulunu və qol saatını soyğunçuluq yolu ilə talamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə