Məzmuna keç

General-mayor Namiq Poladov təqaüdə göndərildi

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, general Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.

Orxan Rasifoğlu