"Səfalı Broyler" MMC barədə cərimə protokolu tərtib olunub.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Vüsal Tağıyevin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Səfalı Broyler" üç yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
