Məzmuna keç

DİN polislərin düşdüyü qəza ilə bağlı məlumat yaydı

DİN polislərin düşdüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Saatlı rayonunda polis maşının qəzaya düşməsi barədə məlumat yayıb.

E-huquq.az xəbər verir ki, yanvarın 29-da saat 23 radələrində Saatlı şəhəri M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı RPŞ-yə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə arxadan vurub.

Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər.

Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.