Məzmuna keç

Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirildi –

Daşkəsən rayon İcra Hakimiyyətində vəzifəli şəxslər saxlanılıb.

E-huquq.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.