Məzmuna keç

Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının Xəzər və Binəqədi rayonlarında qaz təchizatında fasilə yaranacaq.

E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Zirə qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması və Binəqədi rayonu, 7-ci Mikrarayon S.S.Axundov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması məqsədi ilə iyunun 27-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Zirə qəsəbəsinin və Binəqədi rayonunun Abay Kunanbayev, Aydınbəyov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.