Məzmuna keç

MSK 26 ölkənin seçki qurumuna dəvət göndərib

"Növbədənkənar parlament seçkiləri ilə əlaqədar dəvət göndərilən təşkilatların adları yaxın vaxtlarda açıqlanacaq".

E-huquq.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O, MSK-nın artıq 26 ölkənin seçki qurumuna müşahidəçilik üçün dəvət göndərdiyini bildirib.