Məzmuna keç

Xəzərdə daha bir gənc batdı

Sumqayıtda 21 yaşlı gənc dənizdə çimərkən batıb.

E-huquq.az APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı çimərliyində qeydə alınıb.

2003-cü il təvəllüdlü İlham Zülfiqar oğlu Abbasov dənizdə çimərkən boğulub.

Meyit dənizdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Fakt araşdırılır.