Göygöldə kişi arvadını bıçaqlayıb.
E-huquq.az-ın məlumatına görə, Məmmədov Cavid şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Məmmədova Asiməni bıçaqla bədəninə zərbələr vuraraq qəsdən ona ağır bədən xəsarətləri yetirib.
Faktla bağlı Göygöl RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, Məmmədov Cavid Tofiq oğlu həmin cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Orxan Rasifoğlu
