Məzmuna keç

Mingəçevirdə 1000-dək abonentin təbii qaz təminatı dayandırıldı

Avtoqəza səbəbindən minə yaxın abonentin qaz təminatı dayandırıldı

Mingəçevir şəhərində iki küçənin kəsişməsində baş verən avtomobil qəzası zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 76 mm olan qaz xətti zədələnib.

Bu barədə e-huquq.az-a “Azəriqaz”dan məlumat verilib. Bildirilib ki, qəza nəticəsində minə yaxın abonentin qaz təminatının dayandırılmasına zərurət yaranıb.

Hazırda Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və fəsadların aradan qaldırılması işlərinə başlanılıb.