Məzmuna keç

Türkiyə və Rusiya XİN başçıları Laosda görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Laosun paytaxtı Viantianda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

E-huquq.az xəbər verir ki, tərəflər Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici siyasət idarələri rəhbərlərinin növbəti iclası çərçivəsində bir araya gəliblər.

Onlar ikitərəfli və regional məsələləri müzakirə ediblər.