Masallıda qadın dördüncü mərtəbədən yıxılıb.
E-huquq.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində kirayə yaşayan Arzu Mirzəyevanın evin balkonunda təmizlik işləri apararkən baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
