Türkiyənin Kütahya şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kütahyanın Siner adlı ərazisində iki yük avtomobili ilə iki minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.
Yaralılar Kütahya Şəhər Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə
