Türkiyənin Xarici İşlər Nazirliyi meşə yanğınlarındakı köməyə görə Azərbaycana təşəkkür edib.
E-huquq.az xəbər verir ki, nazirlik bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Ölkəmizdə meşə yanğınlarının söndürülməsi işlərinə verdiyi dəyərli dəstəyə görə Can Azərbaycana təşəkkür edirik”, – paylaşımda deyilir.
Qeyd edək ki, Azərbaycan qısa zamanda yanğınların qarşısının alınması üçün “BE-200ÇS” amfibiya tipli təyyarəsini Türkiyəyə göndərəcək.
