Məzmuna keç

Müğənni Sevda Sanaliyevanı təqib etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Müğənni Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

"Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək", – məlumatda qeyd olunub.