Daşkəsəndə həmyerlisinə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a bildirilib.
Məlumata görə, hadisəni törətməkdə 1993-cü il təvəllüdlü M.Əliyev şübhəli bilinir.
Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü N. Hümbətov mübahisə zəminində bıçaq xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Müşfiq adlı şəxsin daha bir nəfərlə də mübahisə etdiyi bildirilir.
