Məzmuna keç

İçərişəhərdə yaşayış binasında partlayış oldu, xəsarət alanlar var

İçərişəhərdə yaşayış binasında partlayış baş verib

İçərişəhərdə yaşayış binasında partlayış baş verib.

E-huquq.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu İlyas Əfəndiyev küçəsi 10 ünvanındakı mənzillərdən birində qeydə alınıb.

Qaz partlayışı nəticəsində mənzildə olan bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) e-huquq.az-a verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər yanıq xəsarəti ilə təcili yardımla 5 saylı şəhər Xəstəxanasına aparılıb. 1 nəfərə yerində yardım göstərilir. Əlavə məlumat veriləcək.