Məzmuna keç

Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürdü

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş DYP İdarəsindən e-huquq.az-a bildirilib ki, hadisə yolun 15-ci kilometrində qeydə alınıb.

"Hyundai" markalı avtomobil yol keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.