Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
E-huquq.az FHN-ə istinadən xəbər verir ki, 30 m² sahədə məişət tullantıları və yaxınlıqda inzibati binanın penoplastdan ibarət üzlüyü 20 m² sahədə yanıb.
İnzibati bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
