Məzmuna keç

Bakıda avtomobil təmiri sexində yanğın oldu

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

E-huquq.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexinin taxta atmaları və içərisinə yığılan avadanlıqlar 20 m² sahədə yanıb. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.