Türkiyə və Azərbaycan XİN rəhbərləri Azərbaycan və Ermənistan arasındaki normallaşma prosesini müzakirə edib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə bundan sonra da bölgədə sülhün bərqərar olması üçün birgə addımlar atacaq.
***
19.38
Ankarada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla təkbətək görüşü keçirilir.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, C.Bayramov Ankarada işgüzar səfərdədir.
