Məzmuna keç

Nazir: Bu ilin sonunadək 20 mindən çox keçmiş məcburi köçkünün Qarabağa geri dönəcəyi gözlənilir

Bu ilin sonunadək Qarabağ bölgəsinə keçmiş məcburi köçkünlərin sırasından 20 mindən çox insanın geri dönməsi gözlənilir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, birinci mərhələ çərçivəsində 2026-cı ilin sonunadək bu sayın 140 mindən artıq olması gözlənilir.