Məzmuna keç

Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi məlum oldu

Azərbaycanda ən yaşlı seçici Lənkərandan olan qadındır.

E-huquq.az-ın məlumatına görə, bunu mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, həmin qadın 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır və o, 78 saylı Lənkəran seçki dairəsinin seçicisidir: "Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimovdur".

MSK sədri əlavə edib ki, əlil arabasında səsverməyə gələn və görmə məhdudiyyəti olan vətəndaşlar da tam hüquqlu seçicilərdir: "Buna görə onların səsverməsi üçün məntəqələrdə şərait yaradılıb. Məntəqələrin girişində əlil arabaları üçün panduslar quraşdırılıb və Brayl əlifbası ilə çap edilən trafaretlər paylanılıb".