Məzmuna keç

Deputat mandatı uğrunda mübarizə aparan kişi və qadın namizədlərin sayı açıqlandı

Parlament seçkilərində deputat mandatı uğrunda mübarizə aparan kişi və qadın namizədlərin sayı açıqlanıb.

E-huquq.az xəbər verir ki, deputat mandatı uğrunda 698 (70.51faiz) kişi, 292 (29.49) nəfər qadın namizəd mübarizə aparıb.

Qeyd edək ki, 2020-ci ildə keçirilən parlament seçkilərində mübarizə aparan namizədlərin 1038 nəfəri kişi, 276 nəfəri isə qadın idi.