Məzmuna keç

Türkiyənin vitse-prezidenti Azərbaycan liderini təbrik etdi

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Cevdet Yılmaz "X" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Milli Məclisə seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan Partiyasını və Azərbaycan Prezidenti İlham Əliyevi ürəkdən təbrik edirəm. Parlament seçkilərinin 30 ildə ilk dəfə olaraq Azərbaycanın suveren torpaqlarında, o cümlədən Qarabağda keçirilməsi faktı bizi məmnun edir. Ümid edirəm ki, dünən Milli Məclisə keçirilən seçkilər regionda sülhə və sabitliyə töhfə verəcək, Azərbaycan xalqının və bütün Türk dünyasının rifahına xidmət edəcək".