Məzmuna keç

PKK terrorçusu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub

Türkiyədə PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Məlumata görə, terror düşərgələrindən qaçan terrorçu Başkale rayonunda Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Şəbnəm Mehdizadə