Türkiyənin Şanlıurfa şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şanlıurfanın Siverek rayonunda fəhlələri daşıyan yük maşını idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində 9 nəfər xəsarət alıb.
Bölgəyə təcili yardım və jandarma qrupları cəlb edilib.
Yaralılar Siverek Dövlət Xəstəxanasına çatdırılıb.
Şəbnəm Mehdizadə
