Məzmuna keç

Muğla sahillərində 27 qanunsuz miqrant xilas edilib

Türkiyənin Muğla şəhərində 27 qanunsuz miqrant xilas edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığının məlumat yayıb.

Məlumata görə, Muğlanın Marmaris sahillərində hərəkətdə olan qayığın mühərrikində nasazlıq baş verib. Əraziyə Sahil Mühafizə gəmisi göndərilib və qayıqda olan 27 qanunsuz miqrant xilas edərək sahilə çıxarılıb.

Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə