ABŞ-ın Kaliforniya ştatında orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qubernator Gavin Newsomun qəbul etdiyi yeni qərara əsasən məktəb rəhbərlikləri 2026-cı il iyulun 1-dək şagirdlərin məktəblərdə smartfon istifadəsini qadağan edən daxili nizamnamə yaratmalıdır.
Yeni qərar eyni zamanda sosial medianın uşaqların psixi sağlamlığına təsirini minimuma endirməyi hədəfləyir.
Qeyd edək ki, Florida, Luiziana və İndiana da daxil olmaqla bir çox ştatlar şagirdlərin məktəbdə telefon istifadəsini məhdudlaşdıran qanunlar qəbul ediblər.
Şəbnəm Mehdizadə
