Məzmuna keç

DİN “Tost” maliyyə pramidası ilə bağlı araşdırmaya başladı

“Tost” maliyyə piramidası ilə bağlı araşdırma başlanıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

"İnternet resurslarında “Tost” maliyyə pramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə pramidası ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", – məlumatda vurğulanıb.